355
12:39
27 Noyabr 2019

Yeznəsini öldürənə hökm oxundu



Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 45 yaşlı Şirinov Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, R.Şirinov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 14-nə keçən gecə saat 01 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında baş verib. Şəhər sakini Rauf Şirinov bacısının əri Ramiz Məmmədovu güllələyərək qətlə yetirib. "Hozu" ləqəbi ilə tanınan Rauf Şirinov tutulub.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.