496
12:21
27 Noyabr 2019

Metroda cibgirlik edən qadın saxlanıldı

Bakı metrosunda cibgirlik edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Azadlıq prospektində Bakı şəhər sakini M.Əsgərovun içərisində 300 manat, min dollarını və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.