Bibiheybət yolunda hərəkət nə vaxt bərpa olunacaq? - RƏSMİ
27 noyabr 2019 10:49 (UTC +04:00)

Bibiheybət yolunda hərəkət nə vaxt bərpa olunacaq? - RƏSMİ

“Dünən mütəxəssislərlə birgə sürüşmə zonasına baxış keçirdik”.

Bu sözləri Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, Səbail rayonu, Bibiheybət yolunda gərginlik aradan qalxıb:

“Hazırda bu ərazidə gərginlik gözlənilmir.

Qeyd edim ki, dünəndən başlayaraq nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün işlər gedir. Düşünürəm ki, yaxın bir neçə gündə sürüşmə baş verən ərazidə hərəkətə icazə veriləcək. Görüləcək tədbirlərlə bağlı sizi məlumatlandıracağıq”.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonunda torpaq sürüşməsi baş verib və Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

# 1963
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar