628
18:47
26 Noyabr 2019

Soyğunçuluqda şübhəli bilinən iki nəfər tutuldu

Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində S.İbadovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində 2 ədəd mobil telefon və planşet olan çantanı almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 25-də Sarıtəpə kənd sakini D.İbrahimova zor tətbiq edərək soyğunçuluq yolu ilə 350 manat pulunu almaqda şübhəli bilinən şəhər sakini X.Nəsibov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər