Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolunu keçmək istəyən piyadalar - 1963-cü il təvəllüdlü İsgəndərova Ellada Vahid qızı və 1957-ci il təvəllüdlü Yusifov Nadir Təhsil oğlunu avtomobil vurub.
Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.