Uşaqpulu bu prinsipə tam cavab vermir - RƏSMİ
26 noyabr 2019 12:53 (UTC +04:00)

Uşaqpulu bu prinsipə tam cavab vermir - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov uşaqpulu verilməsi məsələsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "Bunun üçün ildə 494 milyon manat ayrılır və 585 min uşağı əhatə edir. Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb. Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaqpulu isə ünvanlılıq prinsipinə tam cavab vermir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar