Bakıda növbəti tələbə ZƏHƏRLƏNMƏSİ - YENİLƏNİB
26 noyabr 2019 09:45 (UTC +04:00)

Bakıda növbəti tələbə ZƏHƏRLƏNMƏSİ - YENİLƏNİB

Xəzər Universitetinin tələbələri evə buraxılıblar.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ehtimalı ilə gətirilən 6 tələbəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

08:13

Bakıda daha bir kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bu dəfə Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib və onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Bu barədə saytımıza Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər:

"Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayə yaşadıqları Qara Qarayev prospekti 76, mənzil 28 ünvanında baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3877

Oxşar yazılar