23:31
25 Noyabr 2019

Qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilmədi

Şirvan Apellyasiya Məhkəməsində Salyanda qətl törədən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Cavadov Rövşən Cavad oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci il noyabr ayının 11-də Salyan sakini, 51 yaşlı Rövşən Cavadov qonşusu 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunu qətlə yetirərək meyiti həyətlərində basdırıb və üzərində hamam tikib. İtkin düşmüş kimi axtarılan Elçin Qasımovun basdırılmış meyiti 28 dekabr 2016-cı il tarixdə basdırıldığı yerdə aşkar edilərək çıxarılıb və onun R.Cavadov tərəfindən qətlə yetirildiyi məlum olub. Dörd il sonra İnterpol vasitəsi ilə axtarışa verilən R.Cavadov mühacirət etdiyi Almaniyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cavadov CM-nin 120.1 maddəsi ilə 13 il azadlıqdan məhrum edilib.

Dİgər xəbərlər