15:06
26 Noyabr 2019

Nar şirəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan ustanın nar şirəsini necə hazırlaması ilə tanış edəcəyik.

Tərkibi:

Nar (zövqə görə şəkər tozu da əlavə etmək olar).

Hazırlanma qaydası:

Narları kəsib dənələyir, sıxıb şirəsini çıxarırıq. Şirəni ocağa qoyub qaynar olana qədər isidirik. Əgər narlar turş olarsa, zövqə görə şəkər tozu əlavə etmək olar. Şirə qaynama dərəcəsinə çatdıqda ocağı zəiflədib, 5 dəqiqə zəif odda saxlayırıq. Ocaqdan götürüb sterilizə olunmuş butulkalara tökürük və qapağını möhkəm bağlayırıq. Ədyal üstünə qoyub soyuyana qədər gözləyirik. Soyuduqdan sonra sərin yerdə saxlayırıq.

Nuş olsun!

Dİgər xəbərlər