622
11:06
25 Noyabr 2019

Mühacirətdə olan müsavatçı jurnalist məhkəməyə verildi

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı mühacirətdə olan jurnalist, Müsavat Partiyasının üzvü Yafəz Əkrəmoğlunu məhkəməyə verir.

APA-nın məlumatına görə, bu barədə Gülağa Aslanlı özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Yafəz Həsənovu Müsavat Partiyasına və ona atdığı şər və böhtanlara görə məhkəməyə verir: "Son tamamlama işləri gedir. Bu həftə şikayət ərizəsini təqdim edəcəyəm. Bunu hiss edən böhtançı narahat olmağa başlayıb. Özünə yardımçı axtarmağa başlayıb".

Gülağa Aslanlı qeyd edib ki, bu iş üzrə sona qədər gedəcək: "Yazdığı son cızmaqara isə özünü məlumatlı göstərmək istəyindən başqa bir şey deyil. Amma yeni böhtanlar yazmağı da unutmayıb. Bu yazını da növbəti fakt kimi qəbul edəcək şəxslərə bildirirəm ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır. Növbəti addımım Almaniya Məhkəməsinə müraciət etməyim olacaq. Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq. Yaşayarıq, görərik..."