
Tibb elmində inanılmaz kəşf: ağır yaralanan insan “müvəqqəti ölümlə” əməliyyat ediləcək
Elmi fantastika filmlərində tez-tez gördüyümüz “müvəqqəti ölüm” artıq bütün elm adamları tərəfindən uğurla gerçəkləşə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ağır yaralanma hallarında istifadə edilən texnika ABŞ-da ilk dəfə uğurla nəticələnib.
Baltimordakı Maryland Universitetinin Tibb fakültəsindəki Samuel Tisherman və həmkarları bir xəstəni anabiyoz durumuna qoymağı bacardıqlarlını söyləyib.
Yeni üsul sayəsində odlu silah və ya bıçaqla xəsarət alan və təhlükə altında olan insanlar üçün vacib bir addım atılıb. Uzun müddətli əməliyyatlarda anabiyozdan istifadə edərək xəstənin əməliyyatını aparmaq daha asan olacaq.
Ciddi yaralanma hallarında həkimlərə xəstələrə çox qısa müdaxilə müddəti verilir. Bu cür vəziyyətdə həkimlərin bir neçə dəqiqəlik vaxtları qalır, çünki insanın sağ qalma şansı daha az olur. Ancaq yeni üsulla yaralınınn sağ qalma şansının aşağı olma vəziyyəti artıq ortadan qalxacaq.
Yeni texnika ürəyi dayanan, ya da çox ciddi qan itkisi ilə üzləşən xəstələr üzərində tətbiq olunur. Belə hallarda həkimlər bir neçə dəqiqəlik qısa müddətə sahibdirlər, lakin yeni tətbiqetmə qan itkisi hallarında iki saatlıq müddətə imkan verir.
Xəstələrin bədənindəki bütün qan sıfır dərəcəyə qədər soyudulmuş izotonik məhlullarla əvəz olunur və bədən istiliyi tez bir şəkildə 10-15 dərəcəyə qədər soyudulur. Bunun sayəsində xəstənin beyin funksiyaları tamamilə dayandırılır.
Bədənin istiliyi aşağı salınır, beyin funksiyası dayandırılır və xəstə əməliyyat stoluna aparılır, lazımi müdaxilələr edilir. Prosedurdan sonra xəstənin bədən istiliyi yenidən yüksəlir və ürəyi döyünməyə başlayır.
Bu üsül 10 oxşar insanda istifadə edilərək həmişəki üsullarla müalicə olunan digər xəstələrlə müqayisə ediləcək. Tisherman və onun komandasının tətbiq etdiyi bu üsulu ABŞ-ın Qida və Dərman İdarəsi təsdiqləyib.
Araşdırma nəticələrinin 2020-ci ilin sonuna qədər açıqlanacağı bildirilir.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16