Azərbaycanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır
24 noyabr 2019 10:14 (UTC +04:00)

Azərbaycanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.

Hadisə Qızılağac kəndində qeydə alınıb.

Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.

Nəticədə 7 nəfər zəhərlənib.

Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

("Qafqazinfo")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779

Oxşar yazılar