Yolu keçmək istəyən piyadanı maşın vurdu
23 noyabr 2019 21:41 (UTC +04:00)

Yolu keçmək istəyən piyadanı maşın vurdu

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Ağ köynək kəndindən keçən  hissəsində qeydə alınıb. 

1987-ci il təvəllüdlü Məmmədli Elvin Vilayət oğlu yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1627

Oxşar yazılar