
İşıq vasitəsilə internet bağlantısı qurulacaq - TEXNOLOGİYA:

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı texnologiyasının sınaqlarına başlayıb.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu, adi “Wi-Fi” şəbəkəsinin alternativi ola bilər.
“Wi-Fi” şəbəkəsində siqnal radiodalğalar, “Trulifi” texnologiyasında isə işıq dalğaları vasitəsilə ötürülür. Pilot layihə çərçivəsində şirkət mütəxəssisləri tərəfindən hər avtobus oturacağına məlumatların ötürülməsi üçün kanal qismində çıxış edən işıq diodları quraşdırılıb. Bu isə o deməkdir ki, sərnişin internet şəbəkəsinə başı üzərindəki işıq mənbəyinin köməyi ilə qoşulacaq.
“Signify” nümayəndələrinin sözlərinə görə, bu şəkildə qoşulma şəbəkənin əhatə dairəsinin işıqlandırılan yerlə məhdudlaşması səbəbindən standart qoşulmadan daha təhlükəsiz olacaq. Bundan başqa, bu, siqnalı stabil ötürməyə imkan verir. Ona avtobus hərəkətdə olan zaman həm titrəyişlər, həm də işıqlandırma səviyyəsi təsir göstərmir. Rabitə kanalı qismində isə insan gözü ilə qavranılmayan infraqırmızı spektr hissəsi çıxış edir.

Oxşar yazılar

Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10