"Oğluma müğənni qız almaram" - Brilliant - VİDEO
22 noyabr 2019 13:50 (UTC +04:00)

"Oğluma müğənni qız almaram" - Brilliant - VİDEO

Xalq artisti Brilliant Dadaşova oğlu Cahadla bağlı arzularını söyləyib.

Lent.az-ın məlumatına görə, ifaçı “Show News” verilişində bildirib ki, ən böyük arzusu nənə olmaqdır:

 “İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm, heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə, sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünyagörüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir”.

# 6521
avatar

Yalçın UĞUR

Oxşar yazılar