Yolu keçmək istəyən iki qadını maşın vurdu
22 noyabr 2019 13:09 (UTC +04:00)

Yolu keçmək istəyən iki qadını maşın vurdu

 

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən iki gənc qadını vurub. Qadınlardan biri yüngül, digəri isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

# 1294
avatar

Oxşar yazılar