İcbari Tibbi Sığortanın tətbiqinə az qaldı: vətəndaşlara MÜRACİƏT
22 noyabr 2019 10:37 (UTC +04:00)

İcbari Tibbi Sığortanın tətbiqinə az qaldı: vətəndaşlara MÜRACİƏT

Prezident İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanına əsasən, 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

Lent.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

Qeyd edək ki, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə də xidmət edir.

# 1322
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar