Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb
22 noyabr 2019 02:46 (UTC +04:00)

Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb

 

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza "NZS" qəsəbəsində qeydə alınıb.

2 minik avtomobilinin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Səfərova Narınc Səfər qızı və 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Nizami oğlu xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. N.Səfərovaya sol gözüstü nahiyənin, N.Məmmədova isə qolun və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1028
avatar

Oxşar yazılar