İtaliyada partlayış nəticəsində 5 nəfər ölüb
21 noyabr 2019 01:34 (UTC +04:00)

İtaliyada partlayış nəticəsində 5 nəfər ölüb

 

İtaliyanın Siciliya adasının şimal sahilində yerləşən Barçellona-Pozzo-di-Qotto şəhəri yaxınlığında pirotexniki vasitələr anbarında partlayış baş verib.

APA "Sputnik"ə istinadən xəbər verir ki, insident nəticəsində azı 5 nəfər - 4 kişi və bir qadın ölüb, daha 3 nəfər ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd olunur ki, xəsarət alanların həqiqi sayı daha çox ola bilər. Bir çox insanın təcili tibbi yardım xidmətinə müraciət etmədən öz avtomaşınlarında xəstəxanaya getdiyi ehtimal olunur.

Partlayışın necə baş verdiyi barədə məlumat verilməyib. Təfərrüatlar dəqiqləşdirilir.

# 889
avatar

Oxşar yazılar