Bakıda gimnastika mərkəzindən qızıl oğurlandı
20 noyabr 2019 18:38 (UTC +04:00)

Bakıda gimnastika mərkəzindən qızıl oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə noyabrın 18-i günorta saatlarında Xətai rayonu Məzahir Rüstəmov 15 ünvanında yerləşən “Fialka Gimnastika Mərkəzi”ndə baş verib. Mərkəzin adminstratoru Flora Vlasovanın çantasından qızıl-zinyət əşyaları və pul oğurlanıb. 

Oğru təhlükəsizlik kameralarına düşüb. Görüntülərdən belə məlum olur ki, oğurluq edən şəxs çantanı götürərək kameralar olmayan soyunub-geyinmə otağına keçib. Dəyərli əşyaları və pulu götürdükdən sonra çantanı yerinə qoyub və binanı tərk edib. 

Gimnastika Mərkəzindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi üzrə 34-cü Polis Bölməsinə  şikayət olunub. 

Faktla bağlı araşdırma aparılır.

# 1332
avatar

Oxşar yazılar