Suriyada döyüşməkdə təqsirləndirilənlər MƏHKƏMƏ QARŞISINDA
20 noyabr 2019 16:11 (UTC +04:00)

Suriyada döyüşməkdə təqsirləndirilənlər MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Onlar qeyd edib ki, Suriyada olsalar da, qanunsuz silahlı birləşmələrdə iştirak etməyiblər.

Məhkəmə prosesi noyabrın 27-də davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar, təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs ediliblər. 

# 820
avatar

Oxşar yazılar