Kənd sakinindən 25 kilodan çox narkotik götürüldü
19 noyabr 2019 13:16 (UTC +04:00)

Kənd sakinindən 25 kilodan çox narkotik götürüldü

Polis əməkdaşları külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə Düz Qırıqlı kənd sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

# 770
avatar

Mehman Nəbiyev

Oxşar yazılar