Keçmiş məhkum yenə əməlindən qalmadı- Bu dəfə...
19 noyabr 2019 12:49 (UTC +04:00)

Keçmiş məhkum yenə əməlindən qalmadı- Bu dəfə...

Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bolməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində bir nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

# 621
avatar

Mehman Nəbiyev

Oxşar yazılar