Rusiyada akvaparkda partlayış təhlükəsi səbəbindən 2 min nəfər təxliyə edilib
18 noyabr 2019 02:34 (UTC +04:00)

Rusiyada akvaparkda partlayış təhlükəsi səbəbindən 2 min nəfər təxliyə edilib

 


Moskvada “Moreon” akvaparkından təxminən 2 min nəfər təxliyə edilib.

APA TASS-a istinadən xəbər verir ki, buna səbəb akvaparkda partlayış olacağı ilə bağlı Rusiya Fövqəladə Hallar nazirliyinə edilən anonim zəng olub.  

Nazirliyin yaydığı xəbərdə bildirilib ki, anonim zəng daxil olan kimi dərhal yanğınsöndürən briqada və xilasedicilər paytaxtın Qolubinskaya küçəsi, 16 ünvanında yerləşən “Moreon” akvaparkına gəlib: “Hadisə yerində təxirəsalınmaz işlər davam etdirilib. İki minə yaxın insan binadan çıxarılıb". 

# 603
avatar

Oxşar yazılar