Nazirlik bələdiyyə sədrini cərimələdi - SƏBƏB
15 noyabr 2019 11:18 (UTC +04:00)

Nazirlik bələdiyyə sədrini cərimələdi - SƏBƏB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, daxil olan şikayət əsasında nazirliyin regional idarəsinin əməkdaşları yerində araşdırma aparıb.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı və ətrafa qoxunun yayıldığı faktı təsdiqini tapıb: “Faktla bağlı tullantıların idarə edilməsinə cavabdeh Dağ Kəsəmən bələdiyyəsinin sədri Ariz Bayramov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat cərimə edilib.

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi  olan “məcburi göstəriş” verilib”.

 

 

 

# 920
avatar

Aygün İbrahimli

Oxşar yazılar