Avtomobil yolu keçən qadını vurdu - FOTO
14 noyabr 2019 10:21 (UTC +04:00)

Avtomobil yolu keçən qadını vurdu - FOTO

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Rayonun Hacıməmmədli kənd sakini, 1987-ci il təvəllüdlü Qaraşova Müşkünaz Əliş qızı yolu keçərkən hərəkətdə olan “VAZ 2107” markalı 09 BO 926 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı M.Qaraşova  sürücü tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra yaralı təcili yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

# 962
avatar

Oxşar yazılar