Sevgilisini doğrayan professoru tanıyanlar danışır: “Hamı şokdadı...”
12 noyabr 2019 15:04 (UTC +04:00)

Sevgilisini doğrayan professoru tanıyanlar danışır: “Hamı şokdadı...”

“Bir az qəribə insan idi, hətta bir həmkarı az öncə ondan şikayət yazmışdı, işdən çıxarılmasını istəmişdi. Başqa bir tələbə qız isə əvvəllər onun tərəfindən döyüldüyünü iddia etmişdi”. Bu sözləri Lent.az-n müxbiri ilə söhbətində Sankt-Peterburq Universitetinin əməkdaşı öz aspirant sevgilisini qətlə yetirmiş Oleq Sokolovla bağlı deyib.

Xatırladaq ki, bir neçə gün öncə Sankt-Peterburq universitetinin 63 yaşlı tarixçi professoru Oleq Sokolov Anastasiya Yeşşenkonu münaqişə zamanı amansızlıqla qətlə yetirib. Yeşşenkonu öldürdükdən sonra isə qadının qollarını və ayaqlarını mişarla kəsərək, bədənindən ayırıb. Polis 24 yaşlı Anastasiya Yeşşenkonun başı bədənindən ayrılmış cəsədini professorun Sankt-Peterburqda yaşadığı mənzilində tapıb. Az sonra Oleq Sokolov içində kəsilmiş qadın qolları olan çanta ilə saxlanılıb.

 

Oleq Sokolov və Anastasiya Yeşşenko Fransa tarixi sahəsində ixtisaslaşıblar və o dövrün geyimlərini geyinməkdən, zövq alırlarmış, xüsusən də professorun Napoleon geyimində görünməkdən xoşu gəldiyi qeyd olunur.

 

AFP xəbər verir ki, tələbələr Oleq Sokolovu fransız dilində danışan istedadlı bir professor kimi təsvir ediblər.

 

Məhkəməyə aparılan Oleq Sokolov əvvəllər infarkt keçirdiyini, xroniki haymoritdən əziyyət çəkdiyini bildirib. O, daha sonra məhkəməyə 7 və 12 yaşlı iki qızının olduğunu deyib. Yeşşenkoyla aralarında mübahisə olan gün isə professor qızlarını görməyə getmək istəyirmiş. Anastasiya isə buna qarşı imiş.

 

“Biz bir-birimizi çox sevirdik, evlənməyə hazırlaşırdıq. Amma son aylar mənim uşaqlarım Nastyada qıcıq yaradırdı. Həmin gün qızlarımı görmək istədiyimi dedim. Bərk əsəbiləşdi. Mənə bıçaqla hücum etdi. Həmin anda o, qorxulu nağıllardakı ifritəni xatırladırdı. Mən nə etdiyimin fərqində olmamışam”, - deyə professor məhkəmədə bildirib.

 

Universitetdən isə Lent.az-a bildiriblər ki, professor Sokolov həmişə aqressiv xarakteri ilə seçilib: “Düzdür aqressiv olub, amma bu cür dəhşətli cinayəti törədəcəyi ağlasığmaz idi. Bütün universitet şokdadır”.

# 4827
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar