Nazirliyin adından saxta DƏRMAN REKLAMI: Polisə məlumat verildi
12 noyabr 2019 15:16 (UTC +04:00)

Nazirliyin adından saxta DƏRMAN REKLAMI: Polisə məlumat verildi

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi bəzi KİV-lərdə və sosial şəbəkələrdə qurumun adından istifadə edərək dərmanların reklam olunmasına münasibət bildirib:

“Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur və nazirlik reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, buna görə hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Reklam olunan dərman vasitəsilə bağlı paylaşımda olan həkim isə Yaşar Abasov deyil. Həmin şəxs Rusiyanın baş uşaq onkoloqu olan Məmmədbağır Əliyevdir”.

Qeyd edək ki, tibb elmləri doktoru, professor M.Əliyev 1955-ci ildə Tacikistanda anadan olub. 1979-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 400-dən çox artıq elmi işin müəllifidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə Məmmədbağır Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

# 1329
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar