Yol qəzasında hər iki sürücü xəsarət aldı - FOTO
11 noyabr 2019 23:03 (UTC +04:00)

Yol qəzasında hər iki sürücü xəsarət aldı - FOTO

 

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli  və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb. 
Hərəkətdə olan “Mercedes” markalı avtomobil əks yola çıxıb, ağacı qıraraq digər “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilini sürücüsü xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar