Mağazadan oğurluq edənlər saxlanılıb
11 noyabr 2019 17:10 (UTC +04:00)

Mağazadan oğurluq edənlər saxlanılıb

Sumqayıtda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 9-da qeydə alınıb. Şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat olan pul seyfi, yaddaş qurğusu və tütün məmulatı oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli qismində saxlanılıb.

# 785
avatar

Mehman Nəbiyev

Oxşar yazılar