Tanınmış rejissor təcavüzdə ittiham edilir
11 noyabr 2019 09:28 (UTC +04:00)

Tanınmış rejissor təcavüzdə ittiham edilir

Məşhur rejissor Roman Polanskinin adı yenidən qalmaqalda hallanır.

Fransalı aktrisa Valentina Monier rejissoru 1975-ci ildə ona təcavüz etməkdə günahlandırıb.

Sənətçi bildirib ki, həmin vaxt onlar İsveçrənin xizək kurortunda istirahət edirmişlər.

"O vaxt 18 yaşım vardı. Döyə-döyə əynimdəki paltarımı cırdı. Daha sonra isə təcavüz etdi" deyə, Monier bildirib.

Qeyd edək ki, Polanski daha əvvəllər də aktrisalara qarşı təcavüz və əxlaqsız hərəkətlərdə ittiham edilirdi.

 

(Axşam.az)

# 1211
avatar

Oxşar yazılar