Ölkədə fəhlələr arasındakı dava qanla bitdi: SƏBƏB bəlli oldu - YENİLƏNİB
11 noyabr 2019 11:08 (UTC +04:00)

Ölkədə fəhlələr arasındakı dava qanla bitdi: SƏBƏB bəlli oldu - YENİLƏNİB

Qətli törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Masallıda qətllə bağlı təfərrüatlar bəlli olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, dava edən hər iki fəhlə çəpər qonşusu olublar. Hadisəni törədən Rafiq Gülverdiyev Boradigah qəsəbə sakinidir və 10 ildən artıqdır ki, Şərəfə kəndindən evlənərək burada qalıb. Öldürülən şəxs Bəhruz Quliyev isə Ukrayna vətəndaşı olsa da, əslən Şərəfə kəndindəndir. Hər iki şəxsin spirtli içkiyə meyilli olduğu bildirilir. Yaranan mübahisəyə də sözlərinin çəp gəlməsi səbəb olub.

saat: 23:31

Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.

# 7143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar