529
18:45
10 Noyabr 2019

Uzun boylu qadınlar üçün xüsusi geyim üslubları - FOTOLENT

Uzun boylu xanımlar üçün bu dəb hər zaman ideal sayılır.

Lent.az Türkiyə mətbuatına istinadən uzun boy xanımlar üçün ideal sayılan geyim üslublarını təqdim edir:

Dəri geyimlər:

Ucaboylu xanımlar, dəri parçadan olan geyimləri rahatlıqla istifadə edə bilərlər. 2020-ci ildə də dəbdə olacaq dəri parçadan olan geyimlər uzun boya sahib olan xanımlar üçün ideal tərzdir.

Uzun paltarlar:

Uzun paltarlar dolabınızda hər zaman yer almalıdır. Bədən quruluşunuza uyğun uzun geyimlər sizi olduqca zərif göstərəcək.

Böyük ölçülü gödəkcələr və kostyumlar

Qısa boya sahib olan xanımlar üçün böyük ölçülü geyimlər düzgün seçim olmasa da, uzun boylu xanımlar üçün doğru sayılır. Geniş jaketlər və ya geniş pencəklər cins şalvarla kombinə edilərsə, daha şıq və incə görüntü bəxş edir.

Mini ətəklər

Həm qısa həm də, uzun boy xanımlar üçün mini ətək mükəmməl seçimdir. Mini ətəyi sport və ya dikdaban ayaqqabılarla uyğunlaşdıraraq gözəl görüntü əldə edə bilərsiniz.