293
10:33
08 Noyabr 2019

Sabah “ASAN xidmət" işləməyəcək

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar noyabrın 10-dan “ASAN xidmət”, noyabrın 11-dən isə “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi də fəaliyyətdədir.