Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi
07 noyabr 2019 23:29 (UTC +04:00)

Bakıda ana doğuşdan sonra evdə dünyasını dəyişdi

 

Bakıda yerləşən “İnternational” özəl tibbi klinikasında doğuş zamanı ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Həsənova Xırda Sultanmurad qızı doğuşdan iki gün sonra evə buraxılıb. Bu gün isə o, dünyasını dəyişib. 

Mərhumun yaxınları onun həkimlərin səhlənkarlığı üzündən öldüyünü iddia ediblər.

Hadisə ilə bağlı Məhkəmə Tibbi ekspertizası təyin edilib. Meyit müayinə olunmaq üçün Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar