Azərbaycanda sirkə turşusu içən kişi öldü
07 noyabr 2019 11:17 (UTC +04:00)

Azərbaycanda sirkə turşusu içən kişi öldü

Zaqatalada sirkə turşusu içən 66 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qandax kənd sakini Cəhyəddin Mövlüd oğlu Şahmalıyev noyabrın 5-də axşam saatlarında yaşadığı ünvanda bilməyərəkdən bir stəkan sirkə turşusı içib. C.Şahmalıyev yaxınlarının köməkliyi ilə noyabrın 5-dən 6-a keçən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə alan C.Şahmalıyev noyabrın 6-dan 7-ə keçən gecə ölüb. 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar