“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib
07 noyabr 2019 11:01 (UTC +04:00)

“Çinar” rəqs ansamblının 60 illiyi qeyd edilib

Dövlət Akademik Filarmoniyasında Azərbaycan Tibb Universitetinin (ATU) “Çinar” Rəqs Ansamblının 60 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Lent.az-a verilən məlumata görə, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət və incəsənət naziri Əbülfəz Qarayev və digər qonaqlar iştirak ediblər.

Mərasimdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək respublikamızda incəsənət və mədəniyyətin inkişafına dövlət səviyyəsində dəyər verildiyini qeyd edib. 

Çıxışlardan sonra “Çinar” rəqs ansamblının tarixi, fəaliyyəti haqqında film izlənilib.

Tədbirdə yubileyi qeyd edilən “Çinar” rəqs ansamblının hazırladığı səhnəciklər, rəqslərlə yanaşı, tələbələrin ifası da səsləndirilib. 

 

# 1527
avatar

Oxşar yazılar