“İŞİD lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub.