Baş həkimdən MÜHÜM ÇAĞIRIŞ: “Bu, bəhanədir” 
06 noyabr 2019 13:47 (UTC +04:00)

Baş həkimdən MÜHÜM ÇAĞIRIŞ: “Bu, bəhanədir” 

Son günlər medianın gündəmini zəbt edən süni uşaq qidaları ilə bağlı məsələyə Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova münasibət bildirib.


Səadət Ələsgərovanın sözlərinə  görə, yeni doğulan uşaqlara süni qida vermək qətiyyən düzgün deyil:
“Körpə doğulduqdan sonra ilk yarım saat ilə bir saat arasında ana südü ilə qidalanmalıdır. Əgər anada sağlamlıqla bağlı ciddi problem yoxdursa, ağız südü deyilən ilk süd uşağa mütləq verilməlidir. Yeni doğulan uşağın mədəsi çox kiçik olur. Həkimin ana südü azlıq etdi deyə süni qida verdim deməsi bəhanədir. Hər kəs bilməlidir ki, doğan anada mütləq süd olur və yeni doğulmuş uşağa o süd kifayət edir. Yalnız anada ciddi və keçici hansısa xəstəlik olarsa, onda süni qida vermək olar. Qalan hallarda uşağa ana südü verilməlidir”.


Həkim onu da qeyd edib ki, uşağa digər ölkələrdə olduğu kimi bizdə də, süd bankı olsa, süd verə bilməyən anaların körpələrinə həmin südü vermək daha yaxşı olar:


“Çünki süd bankına bağışlanan süd yoxlamadan keçir sonra uşaqlara verilir”.


Qeyd edək ki, süni qida ilə bağlı mövzunu gündəmə Aytən İsmayılzadə gətirib. O, bu barədə Lent.az-a açıqlamasında  demişdi ki, klinikalarda süni qida bazarı təşkil edilib( https://lent.az/news/330231 ).  A.İsmayılzadə mövzu ilə bağlı redaksiyamıza artıq faktlar da göndərib. Belə ki, həkim “Vital” klinikasına aid reseptin fotosunu çəkərək bildirir ki, süni uşaq qidaları artıq reseptlərə dərman kimi yazılıb valideynlərə verilir.

 

# 14143
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar