776
09:45
06 Noyabr 2019

"Qazel" qəzası ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Göyçayda baş verən qəza ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Lent.az -ın məlumatına görə, "Qazel" markalı avtomobillə, "Vaz 2106" markalı avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Dİgər xəbərlər