357
00:05
06 Noyabr 2019

Bakıda "Opel"in çırpıldığı "Fiat Doblo" "KİA"nın üstünə aşdı, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Polad Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən bu zaman əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı "Fiat"-ın sürücüsü P.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.