Hazırlıqdan qayıdan azyaşlını maşın vurdu
05 noyabr 2019 18:00 (UTC +04:00)

Hazırlıqdan qayıdan azyaşlını maşın vurdu

Oğuzda məktəbdən çıxıb evə gedən 5 yaşlı uşağı avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu, Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd məktəbinin hazırlıq sinfində oxuyan, 5 yaşlı Rəşad Rüstəm oğlu Məzahirov anası ilə birlikdən məktəbdən çıxıb evə gedərkən “Opel” markalı minik avtomobili azyaşlını vurub. R. Məzahirovu avtomobilin sürücüsü dərhal Oğuz rayon Mərkəzi Xəstəxanasına aparıb. 

R. Məzahirova lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə üçün Qəbələ rayon Diaqnostika Mərkəzinə göndərilib.  

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar