Hasar xəttin üstünə aşdı: mindən çox ailə qazsız qaldı
05 noyabr 2019 16:33 (UTC +04:00)

Hasar xəttin üstünə aşdı: mindən çox ailə qazsız qaldı

Xəzər rayonu, Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar