Banklardan onlayn ödənişlə bağlı YENİ ÜSUL
05 noyabr 2019 15:01 (UTC +04:00)

Banklardan onlayn ödənişlə bağlı YENİ ÜSUL

Azərbaycan bankları yaxın vaxtlarda öz mobil tətbiqlərinə “Masterpass” elektron pul kisələrini əlavə edəcəklər.

APA-Economics”in əldə etdiyi məlumata görə, bankların müştəriləri bu xidmətdən istifadə edərkən təhlükəsiz şəkildə öz kart məlumatlarını saxlaya və internet mağazalarda asanlıqla onlayn ödənişlər həyata keçirə biləcəklər.

“Masterpass”a qoşulan bank kartları vasitəsilə elektron ticarət platformalarında alış-veriş edərkən kart məlumatlarını yenidən daxil etməyə ehtiyac olmayacaq. Bunun üçün qeydiyyatdan keçən kartı seçmək kifayət edəcək.

 

# 1209
avatar

Oxşar yazılar