1939
19:06
04 Noyabr 2019

Kişilər və qadınlar üçün təhlükəli "ölüm" yaşı aşkarlandı



Amerikalı və finlandiyalı alimlər kişilər və qadınlar üçün ürək-damar xəstəliyindən ölüm riskini artıran təhlükəli yaşı açıqlayıblar.

Lent.az xarici KİC-ə istinadla xəbər verir ki, Texas sağlamlıq mərkəzinin mütəxəssisləri Helsinki mərkəzi xəstəxanasının əməkdaşları ilə birlikdə bu mövzuda tədqiqat apararaq bir neçə min insanın tibbi göstəricilərini təhlil ediblər. Məlum olub ki, qadınlarda təhlükəli yaş 30-dan sonra başlayır. Belə ki, qadın cinsinin nümayəndələrinin çoxunun infarkt və iflic riski artır. Kişilərdə təhlükəli yaş 40-dan sonra başlayır.

Həkimlər ürək-damar sisteminin problemindən yayınmaq üçün düzgün qidalanma, idmanla məşğul olmağı və zərərli vərdişləri tərgitməyi məsləhət görürlər.

Xatırladaq ki, danimarkalı elm adamları psixiatrik xəstəliklər və ömür uzunluğu ilə əlaqə olduğunu müəyyənləşdiriblər. Mütəxəssislərin sözlərinə görə, psixi xəstəliklər ömrü 7-10 il azaldır.