Kosmik hava proqnozu açıqlanıb
04 noyabr 2019 13:59 (UTC +04:00)

Kosmik hava proqnozu açıqlanıb

Ölkədə müşahidə olunan kosmik hava durumu açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən məlumata görə, noyabrın 3-də Günəş fəallığı çox aşağı səviyyədə müşahidə olunub. Hazırda Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru  yönələn digər CME (Coronal  Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2  MeV-dən çox enerjili elektron seli hesabat dövründə yüksək səviyyədə olub,  Noyabrın 3-də 17.55 UTC-də 2,930  pfu-ya  bərabər maksimal qiymət alıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə ACE kosmik gəmisindən alınan məlumatlar Günəş küləyi parametrlərinin nominal rejimə uyğun olduğunu göstərir. Ümumi maqnit sahəsi (Bt) 6 nT qiymətindən 02.41 UTC-dən sonra 5 nT qiymətinə qədər enib. Bz komponenti isə 3 nT və -4 nT intervalında dəyişib. Günəş küləyinin sürəti 305-350 km/san intervalından qiymət alıb.  

Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=2, 3). 

Kosmik hava proqnozu – proqnoz dövründə (04 - 06 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (04 - 06 noyabr) orta səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04 - 06 noyabr) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (04 - 06 noyabr) Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə (04 - 06 noyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5 faizdən aşağı qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar