Qəzzadan İsrailə növbəti raket zərbəsi:  - 65 yaşlı qadın yaralandı
02 noyabr 2019 03:20 (UTC +04:00)

Qəzzadan İsrailə növbəti raket zərbəsi: - 65 yaşlı qadın yaralandı

 

Qəzza zolağından İsrail ərazisinə 10 ədəd raket atılıb. 


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hava hücumu nəticəsində bir nəfər xəsarət alıb.

Yerli Təcili Yardım Xidməti bildirib ki, yüngül xəsarət alan 65 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı Qəzza zolağından İsrail ərazisinə atılan on raketdən səkkizi "Dəmir günbəz" raketdən müdafiə sistemi tərəfindən məhv edilib. Raketlərdən biri ölkənin cənubundakı Sderot şəhərindəki  yaşayış binasını dağıdıb. Xəsarət alan olmayıb.

Qeyd edək ki, bundan az əvvəl Qəzza zolağına bitişik ərazilərdə İsrail yaşayış məntəqələrinə iki raket zərbəsi endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar