608
12:07
01 Noyabr 2019

“YARAT”da böyüklər üçün ustad dərsləri keçiriləcək

Noyabrın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

“YARAT”dan Lent.az -a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunurlar. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.