456
17:52
31 Oktyabr 2019

“Dövlət Proqramı məzunları” rubrikasının qonağı Nuranə Teymurovadır - VİDEO

Təhsil TV-nin “Dövlət Proqramı məzunları” rubrikasının budəfəki qonağı “PAŞA Sığorta” ASC-nin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurovadır.

Lent.az məlumat verir ki, o, Bakıdakı 23 nömrəli tam orta məktəbin məzunu olub. Bakı Dövlət Universitetinin regionşünaslıq ixtisası üzrə bakalavr və magistr səviyyələrini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın Bristol Universitetində menecment ixtisası üzrə magistratura təhsili alıb.