338
15:35
31 Oktyabr 2019

İçki istehsalı kəskin artacaq

Azərbaycanda 2023-cü ildə 2 651,3 min dekalitr üzüm şərabının istehsal ediləcək ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 56,4% çoxdur.

" APA -Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1 695,4 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə Azərbaycanda 2 027,9 min dekalitr, 2021-ci ildə – 2 189,3 min dekalitr, 2022-ci ildə isə 2 376,2 min dekalitr üzüm şərabının istehsalı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə ölkədə 1 500,3 min dekalitr üzüm şərabı istehsal edilib.

Ümumiyyətlə Azərbaycanda 2023-cü il üçün bir sıra spirtli və spirtsiz içkilər üzrə artım proqnozlaşdırılır.

Azərbaycanda içkilərin istehsalı dinamikası:

İçki istehsalı (min dkl.)

2018-ci il

2019-cu il

2020-ci il

2021-ci il

2022-ci il

2023-cü il

Şampan şərabı

3,1

3,6

5,7

8,4

11,7

14,9

Araq

860,1

1 613

1 634

1 655,4

1 677,3

1 701,8

Üzüm şərabı

1 500,3

1 695,4

2 027,9

2 189,3

2 376,2

2 651,3

Pivə

4 662,9

5 101,5

5 318,4

5 591,8

5 929,8

6 327,6

Brendi (konyak)

16,5

22,6

31,4

36,4

42,6

52,5

Alkoqolsuz içkilər

23 757,4

27 660,3

28 836,4

30 318,3

32 150,9

34 307,9